Yuri Syominlə "Lokomotiv"in prezidenti arasında qarşıdurma yaranıb

Yuri Syominlə "Lokomotiv"in prezidenti arasında qarşıdurma yaranıb Bakı. 12 iyun. REPORT.AZ/ 2017/2018 mövsümündə futbol üzrə Rusiya Premyer Liqasının qalibi olan “Lokomotiv” klubunun prezidenti İlya Gerkusla komandanın baş məşqçisi Yuri Syomin arasında münaqişə yaranıb.
Futbol
12 İyun , 2018 14:43
Yuri Syominlə Lokomotivin prezidenti arasında qarşıdurma yaranıb
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ 2017/2018 mövsümündə futbol üzrə Rusiya Premyer Liqasının qalibi olan “Lokomotiv” klubunun prezidenti İlya Gerkusla komandanın baş məşqçisi Yuri Syomin arasında münaqişə yaranıb.

“Report” championat.com saytına istinadən xəbər verir ki, Moskva təmsilçisinin rəhbəri müsahibəsində kluba yeni oyunçuları baş məşqçi deyil, idman direktorunun almalı olduğunu söyləyib. 71 yaşlı mütəxəssis isə buna açıq şəkildə reaksiya verib: “Hörmətli, İlya Leonidoviç. Baş məşqçini klubdan ayırmaq olmaz. Biz sizinlə “Rusiya Dəmir Yolları” ASC tərəfindən işə götürülən bərabər səviyyəli menecerlərik. “Lokomotiv” dediyiniz biznes-modeli 2010 – 2016-cı illərdə tətbiq edib. Prezident və idman direktoru 6 nəfər əla məqşçini işə götürəndən sonra onların razılığı olmadan, kompüter proqramına əsasən çoxlu sayda futbolçu alıdlar. Daha sonra həmin oyunçulardan qurtuldular, məşqçiləri işdən çıxardılar, onlara sponsorun cibindən təzminat ödədilər. Bu biznes-model idman və maliyyə baxımından faciəvi nəticələr verdi”.

Bildirilir ki, Y.Syominin sərt reaksiyasından sonra İ.Gerkus “Lokomotiv”in sponsoru - “Rusiya Dəmir Yolları” ASC-nin rəhbəri Oleq Belozerovla görüşüb və prezidentin öz istəyi ilə postunu tərk etməsi müzakirə olunub.

“Lokomotiv”in Direktorlar Şurasının sədri Anatoli Meşeryakov isə İ.Gerkusun postunu tərk edəcəyi ilə bağlı xəbərləri təkzib edib.

Qeyd edək ki, Yuri Syomin 2013/2014 mövsümündə “Qəbələ”nin baş məşqçisi olub. O, 2016-cı ildən 3-cü dəfə sükanı arxasına keçdiyi “Lokomotiv”ə rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi