Yuri Syomin: "Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdur"

Yuri Syomin: "Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdur" "Nəticəni gördüm. Yalnız onu deyə bilərəm ki, "Ferentsvaroş" yaxşı komandaya uduzdu".
Futbol
10 Avqust , 2022 13:39
Yuri Syomin: Qarabağın qələbəsində gözlənilməz heç nə yoxdur
Yuri Syomin

"Nəticəni gördüm. Yalnız onu deyə bilərəm ki, "Ferentsvaroş" yaxşı komandaya uduzdu".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin "Ferentsvaroş"un Macarıstanda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduğu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə TASS-a açıqlamasında deyib.

75 yaşlı mütəxəssis Azərbaycan çempionunun çox ciddi komanda olduğunu bildirib: "Daim avrokubokların qrup mərhələsində çıxış edir, böyük xal fərqlə ölkə çempionatının qalibi olur. Ona görə də burada gözlənilməz heç nə yoxdur".

Qeyd edək ki, Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub. O, Rusiya millisi ilə yanaşı, ölkəsinin "Lokomotiv", "Dinamo" (hər ikisi Moskva), "Anji" və "Rostov" klublarına da rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi