Yuri Maksimov: "Rəqibin yaxşı formada olması bu istəyimizi dəyişə bilməzdi"

Yuri Maksimov: "Rəqibin yaxşı formada olması bu istəyimizi dəyişə bilməzdi" "Komandada pul problemi var"
Futbol
12 Aprel , 2018 18:34
Yuri Maksimov: Rəqibin yaxşı formada olması bu istəyimizi dəyişə bilməzdi

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda evdə “Sumqayıt”ı 1:0 hesabıyla məğlub edən “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb: 

- Bu gün qalib gəlmək istəyirdik. Çünki son oyunlarda qalib gələ bilmirdik. Rəqib isə yaxşı formada idi. Bu cəhətdən qalib gəlməyimiz yaxşı oldu. Son dəqiqədə qol vurmağı bacardıq. Bəzi oyunçuların klubla müqavilə müddəti bitmək üzrədir. Onları oyuna kökləmək çətin idi. Ancaq qalib gəlməyi bacardıq. Futbolçularımı təbrik edirəm. 

- Bugünkü qələbə ilə düşünmürsünüz ki, rəqibi bir az da qıcıqlandırmış oldunuz? 

- Azarkeşlərimiz qarşısında oynayırdıq, buna görə də qalib gəlmək istəyirdik. Rəqibin yaxşı formada olması bu istəyimizi dəyişə bilməzdi.

- Həmişə məğlub olduqdan sonra kefsiz olurdunuz. Bu gün qalib gəldiniz, lakin yenə kefsiz görünürsünüz...

- Çünki hələ heç nə həll olunmayıb. Qarşıda cavab oyunu var. 

- İkinci hissədə komanda bir qədər ehtiyatlı oynayırdı. Bu, nəyə görə idi, rəqib yaxşı oynadı, yoxsa...

- 90 dəqiqə pressinq etmək asan deyil. Bu cəhətdən uşaqlara minnətdaram. Bir az da ustalıq səviyyəsi var. Bu da müəyyən rol oynayırdı. 

- “Keşlə”nin avrokuboklara vəsiqə üçün son şansı kubokdur. Bu rəqiblə həftəsonu çempionatda da oyununuz var. Çempionatda heç bir şansınızın qalmadığını nəzərə alsaq, bu oyuna ciddi yanaşmaya bilərsiniz? 

- Rəqibin hər iki cəbhədə şansı var. Bizim isə yalnız kubokda şansımız davam edir. Təbii ki, çempionatda da yaxşı oynamağa çalışacağıq. Bəzi problemlərimiz var. Slavik və Denis bu gün zədə aldı. Ola bilsin, bəzi oyunçulara istirahət şansı verdim. Futbolçuların da bəzilərinin müqavilə müddəti bitir. Bəzi futbolçuların bir aylıq müqaviləsi qalıb. Buna görə də onları oyuna kökləmək bir qədər çətin olur. Futbolçular gələcəklərini düşünürlər. Onlar zədələnmək istəmirlər. 

- Oyunçuları dediniz. Lakin sizin də klubla müqavilə müddətiniz bitir... 

- Komanda qalacaq. Ancaq büdcə necə olacaq bəlli deyil. Bunun üçün bizə qələbə lazımdır. 

- “Qarabağ”la oyundan sonra klub rəhbərliyinin sizi aldatdığını demişdiniz. Getmək istədiyiniz deyilir. Komanda hətta avrokuboklara vəsiqə qazansa da, gedəcəksiniz?

- Bəli. Pul problemi var. Heç klub prezidentinin özü də necə olacağını bilmir. 

Son xəbərlər

Orphus sistemi