​Yurgen Klopp "Fənərbağça" klubunun baş məşqçisi olacaq

​Yurgen Klopp "Fənərbağça" klubunun baş məşqçisi olacaq Almaniyalı mütəxəssis klub prezidenti ilə görüşüb
Futbol
18 May , 2015 17:57
​Yurgen Klopp Fənərbağça klubunun baş məşqçisi olacaq

Bakı. 18 may. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) futbol klubunun baş məşqçisi Yurgen Klopp yeni mövsümdən Türkiyə "Fənərbağça"sını çalışdıracaq. "Report"un "Sabah"a istinadən verdiyi məlumata görə, artıq almaniyalı mütəxəssis həyat yoldaşı və meneceri ilə birgə İstanbulda olub.

Xüsusi təyyarə ilə Türkiyəyə gələn Y.Klopp komandanın Düzcə bölgəsindəki bazasında olub və klub prezidenti Əziz Yıldırımla görüşüb. Artıq 48 yaşlı baş məşqçi ilə razılığın əldə olunduğu və onun yeni mövsümdən komandanın baş məşqçi postunda fəaliyyət göstərəcəyi bildirilir.

Qeyd edək ki, Yurgen Klopp karyerası ərzində Almaniyanın "Maynts" klubunda da baş məşqçi kimi çalışıb. Hazırda Dortmund "Borussiya"sında fəaliyyətini davam etdirən mütəxəssis 2 dəfə Almaniya Bundesliqasının (2011, 2012), 1 dəfə Almaniya kubokunun (2012), 2 dəfə Almaniya Super Kubokunun (2013, 2014) qalibi olub. 

Son xəbərlər

Orphus sistemi