Yurgen Klinsmanın oğlu ABŞ yığmasına çağırılıb

Yurgen Klinsmanın oğlu ABŞ yığmasına çağırılıb Komanda CONCACAF çempionatında iştirak edəcək
Futbol
10 Fevral , 2017 05:58
Yurgen Klinsmanın oğlu ABŞ yığmasına çağırılıb

Bakı. 10 fevral. REPORT.AZ/ Almaniya və ABŞ millilərinin keçmiş baş məşqçisi Yurgen Klinsmanın oğlu Conatan Klinsman ABŞ-ın gənclərin CONCACAF çempionatında iştirak edəcək U-20 yığmasına çağırılıb.

"Report" xəbər verir ki, ABŞ-ın gənclər yığmasının baş məşqçisi Tab Ramos Kaliforniya Universitetinin komandasında çıxış edən Klinsmanı turnirdə oynayacaq 20 futbolçu siyahısına daxil edib.

Yarış 17 fevral – 5 mart tarixlərində Kosta-Rikada keçiriləcək.

Yurgen Klinsman ABŞ yığmasını 2011-ci ildən çalışdırıb və 2016-cı ildə istefaya göndərilib.

Son xəbərlər

Orphus sistemi