Elvin Yunuszadə: "Qol vurmaqdan çox top buraxmamağımıza sevinirəm"

Elvin Yunuszadə: "Qol vurmaqdan çox top buraxmamağımıza sevinirəm" Bakı. 2 fevral. REPORT.AZ/ Düzdür, komandama kömək etməyim mənə xoşdur. Amma müdafiəçi kimi əsas vəzifəm qol vurmaq deyildi. Məqsədim o idi ki, komandamızı qol epizodlarına çıxaraq, müdafiədə rəqibə fərqlənmək imkanı verməyək. Bunu bacardıqsa, sevindirici haldır.
Futbol
3882
2 Fevral , 2019 22:10
Elvin Yunuszadə: Qol vurmaqdan çox top buraxmamağımıza sevinirəm

Bakı. 2 fevral. REPORT.AZ/ "Düzdür, komandama kömək etməyim mənə xoşdur. Amma müdafiəçi kimi əsas vəzifəm qol vurmaq deyildi. Məqsədim o idi ki, komandamızı qol epizodlarına çıxaraq, müdafiədə rəqibə fərqlənmək imkanı verməyək. Bunu bacardıqsa, sevindirici haldır".

"Report"un məlumatına görə, bunu "Səbail" klubunun yeni transferi Elvin Yunuszadə səfərdə "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli müdafiəçi qol vurmaqdan çox top buraxmamalarına sevindiyini vurğulayıb. O, əvvəlki formasını geri qaytaracağına inam ifadə edib: "Mövsümün ikinci yarısına belə başlamağımızın bir səbəbi gözəl kollektivimizin olması, hamının bir-birinin arxasında dayanması, gözəl baş məşqçimizin olmasından irəli gəlir. Aftandil Hacıyevin şəxsən mənə münasibəti doğrudan da köhnə formamı geri qaytarmağıma çox kömək edir. Hələlik oyun praktikasından əziyyət çəkirəm. İnanıram ki, keçmiş günləri qaytaracağıq".

Yunuszadə hazırda 3-cü pillədə yer almalarına rəğmən, arxayınlaşmamalarının gərəkliyini diqqətə çatdırıb: "Hər şeydən əvvəl mövsümün ikinci hissəsinə uğurla başlamaq istəyirdik. Sevindirici haldır ki, istədiyimiz hardasa həyata keçirə bildik. Amma arxayınlaşıb boşalmaq olmaz. Boşalsaq, özümüz-özümüzə düşmənçilik edərik. Ona görə də bu oyunu yaddan çıxararaq, növbəti görüşlərə hazırlaşmaq lazımdır. Çünki hələ bundan sonra 13 oyunumuz var. Bir görüşlə nəyisə həll etdiyimizi demək olmaz. Bütün futbolçularımızı, komanda və klub rəhbərliyini təbrik edirəm. İnanıram ki, gələn oyunlarda bu uğurun davamını gətirəcəyik".

27 yaşlı oyunçu evdə "Zirə" ilə keçirəcəkləri XVI tur qarşılaşması barədə də danışıb: "Növbəti rəqibimiz yaxşı futbolçulara və baş məşqçiyə malik komandadır. Çətin olacağını bilirik. Oyuna hazırlaşacaq, maksimal nəticə göstərməyə çalışacağıq".

Son xəbərlər

Orphus sistemi