Yunis Hüseynov: "Səhv etmədən qələbə qazandıq"

Yunis Hüseynov: "Səhv etmədən qələbə qazandıq" "Bu komandaya 5-6 gündür təyin olunmuşam. İşlərimin çoxluğu üzündən jurnalistlərə cavab verə bilmədim. Ona görə üzr istəyirəm".
Futbol
21 Avqust , 2020 20:40
Yunis Hüseynov: Səhv etmədən qələbə qazandıq
Yunis Hüseynov

"Bu komandaya 5-6 gündür təyin olunmuşam. İşlərimin çoxluğu üzündən jurnalistlərə cavab verə bilmədim. Ona görə üzr istəyirəm".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının I tur matçından sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, bu, çox vacib oyun idi: "Qələbə qazanaraq, Avropa Liqası matçına yüksək əhval ruhiyyədə çıxmaq istəyirdik. Futbolçularıma təşəkkür edir, rəqibə uğurlar arzulayıram. Düzgün oynayan komanda qalib gəlir, səhv edən komanda uduzacaqdı. Biz səhv etmədən qələbə qazandıq".

Hüseynovun sözlərinə görə, komandanı çempionatın bütün oyunlarını izlədiyi üçün əvvəldən də tanıyıb. Amma o, bütün futbolçulara hələ yüz faiz bələd olmadığını vurğulayıb. Hüseynov Aleksandr Kriştovaodan istədiklərini get-gedə verə biləcəyinə inam ifadə edib. O, ötən 5 gün ərzində yalnız "Sumqayıt"ı analiz etdiyini və artıq yalnız Albaniya "Laçi"sini analiz edəcəklərini açıqlayıb.

Hüseynov klub rəhbərliyinin onun qarşısında yaxşı oyun məqsədi qoyduğunu deyib: "Yaxşı oyun olanda yaxşı nəticə də gəlir. Rəhbərlik də yaxşı oyun istəyib".

Bəyəndiyi 2 oyunçunun olduğunu bildirən baş məşqçi onları Avropa Liqası matçınadək gətirməyə çalışacağını əlavə edib.

Son xəbərlər

Orphus sistemi