Yunanıstan millisinin müdafiəçisi Corc Baldok 32 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə yerli “Sport 24” portalı məlumat yayıb.
Futbolçunun meyiti evinin hovuzunda tapılıb.
Baldok cari mövsümdən Yunanıstanın "Panatinaikos" klubunda çıxış edib. Daha əvvəl İngiltərənin "Şeffild Yunayted", "Oksford", "Tamuort", "Northempton", "Milton Kins Dons" və İslandiyanın "Vestmannaeyyar" klublarında oynayıb.
O, Yunanıstan millisinin heyətində 12 oyun keçirib.