Futbol üzrə Azərbaycan Premyer Liqasında 8 komandanın mübarizə apardığı son 2 mövsümdən fərqli olaraq, hələ də qızıl medalları təmin edə bilməməsi "Qarabağ"ın cari çempionatda nisbətən zəif çıxış etməsi fikrini formalaşdırıb.
“Report”un apardığı təhlil nəticəsində isə tam fərqli mənzərə ortaya çıxıb.
Yekunda ağdamlılar 28 oyundan 62 xal toplayıb: 19 qələbə, 5 heç-heçə və 4 məğlubiyyət. Topların nisbəti isə 46:14 olub. Müqayisə üçün qeyd edək ki, “Qarabağ” cari çempionatda 58 qol vurub, öz qapısında isə 19 top görüb. Maraqlıdır ki, əyalət təmsilçisi finişdə 10 xal qabaqladığı ən yaxın izləyicisi “Qəbələ”yə şəxsi görüşlərin balansında uduzub: 2:1, 0:0, 0:2 0:2. Üstəlik, 43 xalla 3-cü yeri tutan “İnter” (hazırkı “Keşlə”) də bu baxımdan Qurbanovun komandasından üstün olub. Bir görüşdə hesab açılmayıb, birində “Qarabağ” 3 cavabsız qolla qalib gəlib. Bakılılar isə 1:0 və 2:1 hesablı qələbələrə seviniblər. Beləliklə, yalnız “üçlük"dəki ən yaxın izləyicilərinə uduzan Ağdam təmsilçisi “Zirə” (0:0), “Kəpəz” (1:1) və “Neftçi” (1:1) ilə qarşılaşmalarda da xal itirib.
2016/2017 mövsümü
1. | Qarabağ | 28 | 19 | 5 | 4 | 46 - 14 | +32 | 62 |
2. | Qəbələ | 28 | 14 | 10 | 4 | 48 - 21 | +27 | 52 |
3. | İnter | 28 | 11 | 10 | 7 | 39 - 33 | +6 | 43 |
4. | Zirə | 28 | 10 | 9 | 9 | 29 - 26 | +3 | 39 |
5. | Kəpəz | 28 | 9 | 9 | 10 | 24 - 27 | –3 | 36 |
6. | Sumqayıt | 28 | 9 | 8 | 11 | 28 - 35 | –7 | 35 |
7. | Neftçi | 28 | 9 | 2 | 17 | 24 - 45 | –21 | 29 |
8. | AZAL | 28 | 1 | 7 | 20 | 13 - 50 | –37 | 10 |
N | komanda | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | O | Q | H | M | T | F | X |
1 | Qarabağ | 1 | 2:1 0:0 | 0:0 0:1 | 2:0 2:0 | 1:0 2:1 | 3:0 2:1 | 3:0 1:1 | 6:0 1:0 | 28 | 19 | 5 | 4 | 46 - 14 | +32 | 62 |
0:2 0:2 | 1:2 3:0 | 2:0 0:0 | 1:1 1:0 | 2:0 4:0 | 2:0 2:1 | 1:0 2:1 | ||||||||||
2 | Qəbələ | 2:0 2:0 | 2 | 0:0 4:3 | 1:0 1:1 | 2:0 2:1 | 2:0 1:1 | 4:1 1:0 | 3:0 2:0 | 28 | 14 | 10 | 4 | 48 - 21 | +27 | 52 |
1:2 0:0 | 1:1 2:0 | 2:0 2:2 | 1:1 0:2 | 2:2 1:2 | 8:0 0:1 | 0:0 1:1 | ||||||||||
3 | İnter | 2:1 0:3 | 1:1 0:2 | 3 | 1:1 1:1 | 2:2 4:1 | 3:1 1:0 | 2:1 1:3 | 3:0 2:1 | 28 | 11 | 10 | 7 | 39 - 33 | +6 | 43 |
0:0 1:0 | 0:0 3:4 | 1:1 1:1 | 0:0 0:1 | 2:1 2:2 | 1:2 1:2 | 3:1 1:0 | ||||||||||
4 | Zirə | 0:2 0:0 | 0:2 2:2 | 1:1 1:1 | 4 | 2:0 1:0 | 0:1 1:0 | 2:0 +:– | 3:1 2:1 | 28 | 10 | 9 | 9 | 29 - 26 | +3 | 39 |
0:2 0:2 | 0:1 1:1 | 1:1 1:1 | 0:2 0:1 | 0:1 1:1 | 1:0 2:1 | 1:1 3:0 | ||||||||||
5 | Kəpəz | 1:1 0:1 | 1:1 2:0 | 0:0 1:0 | 2:0 1:0 | 5 | 0:0 1:0 | 2:0 2:0 | 0:0 1:1 | 28 | 9 | 9 | 10 | 24 - 27 | –3 | 36 |
0:1 1:2 | 0:2 1:2 | 2:2 1:4 | 0:2 0:1 | 1:1 1:3 | 0:2 0:0 | 1:0 2:1 | ||||||||||
6 | Sumqayıt | 0:2 0:4 | 2:2 2:1 | 1:2 2:2 | 1:0 1:1 | 1:1 3:1 | 6 | 2:0 2:0 | 1:1 1:0 | 28 | 9 | 8 | 11 | 28 - 35 | –7 | 35 |
0:3 1:2 | 0:2 1:1 | 1:3 0:1 | 1:0 0:1 | 0:0 0:1 | 2:1 0:1 | 1:1 2:1 | ||||||||||
7 | Neftçi | 0:2 1:2 | 0:8 1:0 | 2:1 2:1 | 0:1 1:2 | 2:0 0:0 | 1:2 1:0 | 7 | 0:1 4:0 | 28 | 9 | 2 | 17 | 24 - 45 | –21 | 29 |
0:3 1:1 | 1:4 0:1 | 1:2 3:1 | 0:2 –:+ | 0:2 0:2 | 0:2 0:2 | 2:0 1:0 | ||||||||||
8 | AZAL | 0:1 1:2 | 0:0 1:1 | 1:3 0:1 | 1:1 0:3 | 0:1 1:2 | 1:1 1:2 | 0:2 0:1 | 8 | 28 | 1 | 7 | 20 | 13 - 50 | –37 | 10 |
0:6 0:1 | 0:3 0:2 | 0:3 1:2 | 1:3 1:2 | 0:0 1:1 | 1:1 0:1 | 1:0 0:4 |
“Qarabağ” ötən mövsüm çempionluğu XXIV turda təmin edib. Ağdam komandası səfərdə “Sumqayıt”ı 1 cavabsız qolla məğlub etməklə, xallarını 59-a çatdırıb və yenə “Qəbələ” üçün əlçatmaz olub. Ancaq bu dəfə yekun tabloda iki komanda arasında 16 xallıq fərq qeydə alınıb.
Mövsümün indiki məqamında – 26 matçdan sonra hesabında 62 xal olan “Qarabağ” ötən mövsüm finişə 65 xalla çatıb: 20 qələbə, 5 heç-heçə və 3 məğlubiyyət. Topların nisbəti isə 37:13 olub. Qurbanovun rəhbərlik etdiyi kollektiv 3 yenilgidən 2-ni çempionluğu rəsmiləşdirəndən sonra görüb. “Köhlən atlar” XXVI və XXVII turlarda müvafiq olaraq “Neftçi” (0:1) və “Keşlə”yə (0:3) uduzublar. Digər məğlubiyyət isə “Qəbələ” ilə dueldə qeydə alınıb (0:1). Heç-heçələrə gəlincə, bunlar “Qəbələ” (0:0), “Neftçi” (0:0), “Zirə” (0:0), “Sumqayıt” (1:1) və “Keşlə” (1:1) ilə oyunlara təsadüf edib.
Bununla da “Qarabağ”, ümumilikdə 6-cı, ardıcıl 5-ci çempionluğunu qazanıb. İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017 mövsümlərinin ardından 2017/2018 mövsümündə də hamıdan güclü olub. Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.
Qeyd edək ki, ümumilikdə, 8 komanda qızıl medallara sahib olub və “Qarabağ” çempionluq sayında yalnız “Neftçi”dən geri qalır. Bakılılar 8, Ağdam klubu 6 dəfə yarışın qalibi olubsa, “Kəpəz”in 3, “Şəmkir”, “Keşlə” (“İnter” adlandığı vaxt) və “Bakı”nın hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın hərəyə 1 çempionluğu var.
2017/2018 mövsümü
1. | Qarabağ | 28 | 20 | 5 | 3 | 37 - 13 | +24 | 65 |
2. | Qəbələ | 28 | 14 | 7 | 7 | 43 - 26 | +17 | 49 |
3. | Neftçi | 28 | 14 | 4 | 10 | 39 - 28 | +11 | 46 |
4. | Zirə | 28 | 12 | 8 | 8 | 36 - 30 | +6 | 44 |
5. | Sumqayıt | 28 | 11 | 7 | 10 | 34 - 33 | +1 | 40 |
6. | Keşlə | 28 | 8 | 7 | 13 | 29 - 39 | –10 | 31 |
7. | Səbail | 28 | 6 | 5 | 17 | 19 - 39 | –20 | 23 |
8. | Kəpəz | 28 | 3 | 5 | 20 | 18 - 47 | –29 | 14 |
yer | komanda | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | O | Q | H | M | T | F | X |
1 | Qarabağ | 1 | 2:1 0:0 | 1:0 0:1 | 0:0 2:0 | 4:1 2:0 | 1:0 1:1 | 1:0 1:0 | 2:0 1:0 | 28 | 20 | 5 | 3 | 37 - 13 | +24 | 65 |
0:1 1:0 | 3:1 0:0 | 3:2 2:1 | 1:1 1:0 | 2:0 0:3 | 2:0 1:0 | 2:0 1:0 | ||||||||||
2 | Qəbələ | 1:0 0:1 | 2 | 2:1 1:2 | 1:1 2:1 | 1:0 1:1 | 3:0 1:1 | 3:1 1:1 | 0:2 3:0 | 28 | 14 | 7 | 7 | 43 - 26 | +17 | 49 |
1:2 0:0 | 3:2 0:1 | 1:2 1:1 | 1:0 2:0 | 2:1 1:1 | 3:1 1:2 | 6:1 1:0 | ||||||||||
3 | Neftçi | 1:3 0:0 | 2:3 1:0 | 3 | 1:2 1:1 | 2:1 2:2 | 3:1 3:2 | 2:0 3:1 | 0:0 1:0 | 28 | 14 | 4 | 10 | 39 - 28 | +11 | 46 |
0:1 1:0 | 1:2 2:1 | 0:1 3:0 | 0:1 0:2 | 2:0 1:2 | 0:1 4:0 | 1:0 2:1 | ||||||||||
4 | Zirə | 2:3 1:2 | 2:1 1:1 | 1:0 0:3 | 4 | 3:1 1:1 | 1:1 1:2 | 2:1 1:1 | 3:0 2:1 | 28 | 12 | 8 | 8 | 36 - 30 | +6 | 44 |
0:0 0:2 | 1:1 1:2 | 2:1 1:1 | 1:2 2:1 | 1:0 1:2 | 1:0 1:0 | 3:0 0:0 | ||||||||||
5 | Sumqayıt | 1:1 0:1 | 0:1 0:2 | 1:0 2:0 | 2:1 1:2 | 5 | 3:1 2:1 | 0:0 1:2 | 2:1 2:1 | 28 | 11 | 7 | 10 | 34 - 33 | +1 | 40 |
1:4 0:2 | 0:1 1:1 | 1:2 2:2 | 1:3 1:1 | 1:1 2:1 | 2:0 1:0 | 3:0 1:1 | ||||||||||
6 | İnter | 0:2 3:0 | 1:2 1:1 | 0:2 2:1 | 0:1 2:1 | 1:1 1:2 | 6 | 1:0 1:1 | 3:2 0:2 | 28 | 8 | 7 | 13 | 29 - 39 | –10 | 31 |
0:1 1:1 | 0:3 1:1 | 1:3 2:3 | 1:1 2:1 | 1:3 1:2 | 0:1 1:0 | 1:0 1:1 | ||||||||||
7 | Səbail | 0:2 0:1 | 1:3 2:1 | 1:0 0:4 | 0:1 0:1 | 0:2 0:1 | 1:0 0:1 | 7 | 1:0 1:1 | 28 | 6 | 5 | 17 | 19 - 39 | –20 | 23 |
0:1 0:1 | 1:3 1:1 | 0:2 1:3 | 1:2 1:1 | 0:0 2:1 | 0:1 1:1 | 3:2 1:2 | ||||||||||
8 | Kəpəz | 0:2 0:1 | 1:6 0:1 | 0:1 1:2 | 0:3 0:0 | 0:3 1:1 | 0:1 1:1 | 2:3 2:1 | 8 | 28 | 3 | 5 | 20 | 18 - 47 | –29 | 14 |
0:2 0:1 | 2:0 0:3 | 0:0 0:1 | 0:3 1:2 | 1:2 1:2 | 2:3 2:0 | 0:1 1:1 |
Ardıcıl 5 mövsüm Premyer Liqanın qalibi olan “Qarabağ” qış fasiləsinə çempionluq estafetini təhvil aldığı “Neftçi”dən geri qalmaqla getsə də (müvafiq olaraq 33 və 30 xal), mövsümün ikinci hissəsi durumu dəyişdirib. Əlbəttə, "Qarabağ"ın işinə Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçisi postunu tərk etməsi və komandanın Avropa Liqasında qrupdan çıxa bilməməsi də yarayıb. Lakin əsas səbəb bunlar deyil. Hazırda liderdən 5 xal geri qalması “Neftçi”nin öz günahıdır. Çünki “ağ-qaralar” qış fasiləsindən dərhal sonra “Qarabağ”la səfərdə 1:1-lik heç-heçə etsə də, özündən aşağı pillələrdəki digər rəqiblərlə görüşlərdə də qələbəyə nail ola bilməyib. Roberto Bordinin komandası daha 3 heç-heçədən əlavə, son həftələrdə “Səbail”lə heç-heçə edib (2:2), “Sumqayıt”a uduzmaqla, qızıl medal şansını azaldıb.
2018/2019 mövsümü
1 | Qarabağ | 26 | 18 | 6 | 2 | 58-19 | 60 |
2 | Neftçi | 26 | 16 | 7 | 3 | 47-22 | 55 |
3 | Səbail | 26 | 12 | 5 | 9 | 33-29 | 41 |
4 | Qəbələ | 26 | 9 | 9 | 8 | 30-29 | 36 |
5 | Sabah | 26 | 7 | 6 | 13 | 20-37 | 27 |
6 | Zirə | 26 | 6 | 7 | 13 | 24-39 | 25 |
7 | Sumqayıt | 26 | 6 | 5 | 15 | 22-42 | 23 |
8 | Keşlə | 26 | 5 | 5 | 16 | 24-41 | 20 |
“Neftçi” və “Qarabağ”ın cari çempionatda xal itirdikləri oyunlar
“Qarabağ”: “Neftçi” - 1:3, 1:1, 1:1, “Səbail” - 0:3, “Keşlə” - 1:1, “Zirə” - 0:0, “Sabah” - 1:1, 1:1
“Neftçi”: “Qarabağ” - 1:1, 1:1, “Qəbələ” - 1:3, 1:1, “Zirə” - 2:2, 0:0, “Sumqayıt” - 0:0, 2:3, “Səbail” 1:2, 2:2
Əslində, “Qarabağ” artıq çempionluğu təmin etmiş olmalı idi. Gəl ki, VIII turunda evdə “Səbail”i 1:0 hesabı ilə üstələdiyi matç zamanı adı protokolda olmayan futbolçunu meydana buraxan Ağdam təmsilçisinə texniki məğlubiyyətin verilməsi mövcud tablonu ərsəyə gətirib.
Təhlilin yekununda gəlinən nəticə budur ki, “Qarabağ”ın hələ də çempionluğu rəsmiləşdirə bilməməsinin əsas səbəbkarı cari mövsümdə meydanda məğlub olduğu yeganə komanda – “Neftçi”dir. Ağdam təmsilçisini IX turda evdə 3:1 hesabı ilə üstələyən “ağ-qaralar” əvvəlki iki mövsümdə “Qəbələ”nin edə bilmədiyini bacarıb – çempionluq yolunda sonadək ciddi rəqabət aparır. Növbəti turda “Qarabağ” evdə “Səbail”i uda bilməsə və bakılılar Qəbələdə 3 xal qazansalar, çempion son həftədə bu komandalar arasında baş tutacaq oyunda bəlli olacaq. Qurbanovun rəhbərlik etdiyi kollektiv növbəti iki oyunda da qalib gələrsə, xalını 66-ya çatdıracaq və ötən mövsümdən 1 xal çox toplayacaq...