Yozef Blatter: "Tanrı Maradonanı evə çağırdı"

Yozef Blatter: "Tanrı Maradonanı evə çağırdı" "Maradona həqiqətən son 3 onillikdə dünya futbolunda iz qoyub".
Futbol
26 Noyabr , 2020 00:35
Yozef Blatter: Tanrı Maradonanı evə çağırdı
Yozef Blatter

"Maradona həqiqətən son 3 onillikdə dünya futbolunda iz qoyub".

"Report" xəbər verir ki, bunu FIFA-nın sabiq prezidenti Yozef Blatter dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü barədə danışarkən deyib.

İsveçrəli funksioner argentinalının qeyri-adi futbolçu olduğunu bildirib: "Dieqo Argentina millisini 1979-cu ildə Tokioda keçirilən gənclər arasında dünya çempionatına aparan və SSRİ yığması ilə final matçının sonlarında 3 qol vuraraq, komandasına qələbə qazandıran insandır".

Blatter Maradonın 1986-cı ildə Meksikada təşkil olunan mundialda İngiltərənin qapısına əli ilə qol vurmasını xatırlayıb: "O, "Tanrının əli" ilə unudulmaz qol vurmuşdu. İndi isə Tanrı onu evə çağırdı. Rahat yat, Dieqo. Hər şey üçün çox sağ ol"!

Qeyd edək ki, Dieqo Maradona dünən 60 yaşında ürəktutmasından vəfat edib.

Son xəbərlər

Orphus sistemi