"Barselona" kiberhücumlarla üzləşdi

"Barselona" kiberhücumlarla üzləşdi İspaniyanın "Barselona" klubu kütləvi şəkildə kiberhücumlara məruz qalıb.
Futbol
252
24 İyul , 2020 11:46
Barselona kiberhücumlarla üzləşdi

İspaniyanın "Barselona" klubu kütləvi şəkildə kiberhücumlara məruz qalıb. 

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Deloitte" şirkəti klubun və onun rəhbərliyinin nüfuzuna xələl gətirmək üçün proqramlaşdırılmış botların mövcudluğunu aşkar edib. 

Sosial şəbəkələrdə klubla əlaqəli müxtəlif mövzularda şərhlərin 12,5% -i insan olmayan istifadəçilər tərəfindən verilib.

Kiberhücumların əsas məqsədlərindən biri klub rəhbərliyinə yönələn tənqidləri yaymaqdır. 

Son xəbərlər

Orphus sistemi