Almaniya millisinin baş məşqçisi xəstəxanaya yerləşdirilib

Almaniya millisinin baş məşqçisi xəstəxanaya yerləşdirilib Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya düşüb.
Futbol
31 May , 2019 13:39
Almaniya millisinin baş məşqçisi xəstəxanaya yerləşdirilib

Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya düşüb.

"Report"un "Bild"ə istinadən verdiyi məlumata görə, 59 yaşlı mütəxəssisə məşqlərdə aldığı zədə üzündən qan dövranının pozulması diaqnozu qoyulub. O, Frayburqdakı universitet xəstəxanasının stasionar hissəsinə yerləşdirilib.   

Baş məşqçinin iyunun 8-də səfərdə Belarus, iyunun 11-də isə evdə Estoniya ilə AVRO-2020-nin seçmə qrup oyunlarını buraxacağı bildirilir. 

Qeyd edək ki, Yoahim Löv Almaniya millisinə 2006-cı ildən rəhbərlik edir. Onun rəhbərliyi altında Bundestim dünya çempionatlarında qızıl və bürünc, Avropa çempionatlarında isə gümüş və iki dəfə bürünc medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi