Yoahim Löv Azərbaycanla qarşılaşmada qələbə və yaxşı oyun hədəfləyib

Yoahim Löv Azərbaycanla qarşılaşmada qələbə və yaxşı oyun hədəfləyib "Məqsədimiz 10 oyunun hamısında qələbə qazanmaqdır"
Futbol
29 Sentyabr , 2017 15:21
Yoahim Löv Azərbaycanla qarşılaşmada qələbə və yaxşı oyun hədəfləyib
Report/ Firi Salim

Bakı. 29 sentyabr. REPORT.AZ/ “Kayzerslauterndə dünya çempionatının seçmə mərhələsi ilə qələbə və gözəl oyunla vidalaşmaq istəyirik”.

“Report” xəbər verir ki, bunu Almaniya Futbol İttifaqının rəsmi saytına açıqlamasında Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçı ərəfəsində Bundestimin baş məşqçisi Yoahim Löv deyib.

57 yaşlı mütəxəssis bildirib ki, Şimali İrlandiya ilə oktyabrın 5-də Belfastdakı "Windsor Park"da, Azərbaycanla isə oktyabrın 8-də Kayzerslauterndə təşkil olunacaq görüşlərdə qalib gəlməyi hədəfləyir: “Təsnifat mərhələsində çox güclü oynamışıq və bunu davam etdirəcəyik. Məqsədimiz 10 oyunun hamısında qələbə qazanmaqdır. Gücülü tərəflərimizi ortaya qoya bilsək, bunu bacaracağıq. Biz xüsusi atmosferin olacağı Belfastdakı oyunu səbrsizliklə gözləyirik. Azarkeşlər komandalarını 90 dəqiqə ərzində qələbəyə səsləyəcəklər. Bu fakdır ki, Şimali İrlandiya lider olmaq şansını əldən vermək istəmir”.

Qeyd edək ki, Azərbaycan millisi ilə birgə C qrupunda yer alan Almaniya yığması keçirdiyi 8 oyunun hamısında qalib gəlib və 24 xalla vahid liderdir. Şimali İrlandiya 19 xalla 2-ci, Azərbaycan isə 10 xalla 3-cü pillədədir.

Son xəbərlər

Orphus sistemi