Yığmamızın üzvü karantinə alındığı üçün toplanışa qatıla bilmədi

Yığmamızın üzvü karantinə alındığı üçün toplanışa qatıla bilmədi Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Diana Məmmədova yığmanın toplanışında iştirak edə bilməyəcək.
Futbol
486
20 Oktyabr , 2020 14:44
Yığmamızın üzvü karantinə alındığı üçün toplanışa qatıla bilmədi
0 : 00
0 : 00

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Diana Məmmədova yığmanın toplanışında iştirak edə bilməyəcək.

Bu barədə "Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Rusiyanın “Yenisey” klubunda çıxış edən oyunçu sonradan komandaya qoşulmalı idi. Klubun düşərgəsində koronavirus testi verən oyunçuda virus aşkarlanmasa da, bəzi komanda yoldaşlarının testi pozitiv nəticələnib.

Rusiya Federasiyanın səhiyyə qanunlarına uyğun olaraq karantinə alınan komanda üzvlərinin ölkədən çıxışına qadağa qoyulması səbəbindən Məmmədova millinin düşərgəsinə qoşulmayıb.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında növbəti seçmə oyunlarını oktyabrın 23-də Polşa, oktyabrın 27-də Çexiyaya qarşı keçirəcək. Hər iki görüş səfərdə olacaq.

Son xəbərlər

Orphus sistemi