Yeni Zelandiya klubu dünya çempionatından imtina etdi

Yeni Zelandiya klubu dünya çempionatından imtina etdi Yeni Zelandiyanın "Oklend Siti" klubu klublararası dünya çempionatında iştirakdan imtina edib.
Futbol
15 Yanvar , 2021 15:29
Yeni Zelandiya klubu dünya çempionatından imtina etdi

Yeni Zelandiyanın "Oklend Siti" klubu klublararası dünya çempionatında iştirakdan imtina edib.

"Report" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səbəb ölkə rəhbərliyinin koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərini sərtləşdirməsidir.

Beləliklə, Qətərin "Əl-Duhail" komandası birbaşa yarışın ikinci mərhələsinə vəsiqə qazanacaq.

FIFA Qətər rəhbərliyi ilə birlikdə, mundiala qatılan hər kəsin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün tibbi və təhlükəsizlik protokolu tətbiq edir.

Qeyd edək ki, klublararası dünya çempionatı 1 - 11 fevralda Qətərdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi