KİV: PSJ "Monako"nun hücumçusunu 180 milyon avroya transfer edib

KİV: PSJ "Monako"nun hücumçusunu 180 milyon avroya transfer edib Rəsmi müqavilənin imzalandığına dair açıqlama yaxın saatlarda veriləcək
Futbol
19 Avqust , 2017 16:26
KİV: PSJ Monakonun hücumçusunu 180 milyon avroya transfer edib

Bakı. 19 avqust. REPORT.AZ/ Fransanın PSJ klubu futbolçu Kilian Mbappenin 180 milyon avroya transfer olunmasına dair "Monako" ilə razılığa gəlib. "Report"un "Mundo Deportivo"ya istinadən məlumatına görə, rəsmi müqavilənin imzalandığına dair açıqlama yaxın saatlarda veriləcək.

Gələn həftə isə 19 yaşlı hücumçunun təqdimat mərasimi keçiriləcək. Bu transfer PSJ-yə əlavə bonuslarla birgə 200 milyon avroya başa gələ bilər. Oyunçunun özünə isə 5 illik müqavilə qarşılığında mövsümə 18 milyon avro təklif olunub. Bu isə İspaniya "Real Madrid"inin təklifindən 11 milyon avro çoxdur. Transferi gerçəkləşəcəyi halda, Mbappe elə PSJ-yə İspaniya "Barselona"sına 222 milyon avroya keçən Neymardan sonra dünyanın ikinci ən bahalı futbolçusu olacaq.

Qeyd edək ki, "Monako" rəhbərliyinin qərarına əsasən, Kilian Mbappe Fransa çempionatının ilk 2 turunu buraxmalı olub. Bu görüşlərdə "knyazlıq təmsilçisi" "Dijon"u 4:1, "Mets"i 1:0 hesabı ilə yenib.  

Son xəbərlər

Orphus sistemi