Yaşar Seyidov: "Azərbaycan futbolunu böyük fəlakətlər gözləyir"

Yaşar Seyidov: "Azərbaycan futbolunu böyük fəlakətlər gözləyir" "Biz indi bunun qarşısını almasaq, 5 ildən sonra futbolumuzun mövcudluğu sual altına düşəcək"
Futbol
10 Dekabr , 2014 11:53
Yaşar Seyidov: Azərbaycan futbolunu böyük fəlakətlər gözləyir

Bakı. 10 dekabr. REPORT.AZ/ "Klublar Komitəsinin ilk iclasında çox ciddi məsələlər qaldıracağam". Bunu "Report"a açıqlamasında "Bakı" futbol klubunun vitse-prezidenti Yaşar Seyidov deyib. 

Təcrübəli funksioner bildirib ki, bu gün keçiriləcək iclasın jurnalistlər üçün açıq olmasını və hətta toplantıda aparıcı idman yazarlarının təmsil olunmasını təklif edəcək. Lakin o, iclasda qaldıracağı məsələlər barədə danışmaqdan imtina edib: "Hər şeyi özünüz görəcəksiniz. Elə məsələlər qaldıracağam ki, kimin Azərbaycan futbolunun inkişafını istədiyi və kimin sadəcə, "blef" etdiyi həmin məsələlərə münasibətdə bilinəcək. Azərbaycan futbolunu çox böyük fəlakətlər gözləyir. Biz indi bunun qarşısını almasaq, 5 ildən sonra futbolumuzun mövcudluğu sual altına düşəcək". 

Qeyd edək ki, Klublar Komitəsinin ilk iclası saat 15:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi