Yaroslav Şilqavı: "Futbolçular göz yaşlarına hakim ola bilmədi"

Yaroslav Şilqavı: "Futbolçular göz yaşlarına hakim ola bilmədi" "Biz məyusuq. Bəzi oyunçular göz yaşlarına hakim ola bilmədilər. Mən öz komandamla qürur duyuram. Fikrimcə azarkeşlər bizim çıxışımızdan razı qalacaqlar. Sonadək mübarizə apardıq".
Futbol
563
3 İyul , 2021 23:17
Yaroslav Şilqavı: Futbolçular göz yaşlarına hakim ola bilmədi
Yaroslav Şilqavı

"Biz məyusuq. Bəzi oyunçular göz yaşlarına hakim ola bilmədi. Mən öz komandamla qürur duyuram. Fikrimcə, azarkeşlər bizim çıxışımızdan razı qalacaqlar. Sonadək mübarizə apardıq".

"Report"un məlumatına görə, bu fikirləri Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavı Bakıda Danimarkaya 1:2 hesabı ilə uduzduqları Avropa çempionatının 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

60 yaşlı mütəxəssis bildirib ki, AVRO-2020-də yaxşı çıxış ediblər: "Rəqibin bu gün ilk qolu erkən vurması bizə təsir etdi. Hər qoldan sonra məyus olduq. Nəticəni dəyişə bilmədik. Matç başqa cür ola bilərdi. Bütün oyunçulara təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi