Yaponiya yığmasının baş məşqçisi dünya çempionatına 2 ay qalmış istefaya göndərilib

Yaponiya yığmasının baş məşqçisi dünya çempionatına 2 ay qalmış istefaya göndərilib Bosniyalı mütəxəssisi "Qamba Osaka"nın sabiq baş məşqçisi əvəzləyəcək
Futbol
9 Aprel , 2018 12:53
Yaponiya yığmasının baş məşqçisi dünya çempionatına 2 ay qalmış istefaya göndərilib

Bakı. 9 aprel. REPORT.AZ/ Futbol üzrə Yaponiya milli komandasının baş məşqçisi Vahid Halilhociç 2018-ci il dünya çempionatının startına iki ay qalmış istefaya göndərilib. 

"Report"un məlumatına görə, bu barədə Yaponiya Futbol Assosiasiyasının prezidenti Kodzo Tasima açıqlama verib. O, bosniyalı mütəxəssisi "Qamba Osaka"nın sabiq baş məşqçisi Akira Nisinonun əvəzləyəcəyini bildirib. Tasima Halilhociçin qısa müddətdə mundiala yüksələn komanda formalaşdıra bildiyini, lakin builki yoldaşlıq görüşlərində baş məşqçi ilə oyunçuların arasındakı kommunikasiyanın səviyyəsi istefa qərarında rolunu oynayıb. Söhbət Ukraynaya 1:2 hesablı məğlubiyyətdən və Mali ilə 1:1 hesablı heç-heçədən gedir. 

Halilhociç Yaponiya millisinə 2015-ci ilin martında baş məşqçi təyin  olunub. Bunadək təcrübəli mütəxəssis Əlcəzair yığmasına rəhbərlik edib. 

Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Yaponiya Polşa, Kolumbiya və Seneqalla birgə H qrupunda yer alıb. 

Son xəbərlər

Orphus sistemi