Yaponiya klubu dünya çempionunu heyətinə qatıb

Yaponiya klubu dünya çempionunu heyətinə qatıb Bakı. 30 noyabr. REPORT.AZ/ İspaniyanın Barselona klubunun sabiq futbolçusu David Vilya karyerasını Yaponiyada davam etdirəcək.
Futbol
30 Noyabr , 2018 20:33
Yaponiya klubu dünya çempionunu heyətinə qatıb

Bakı. 30 noyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu David Vilya karyerasını Yaponiyada davam etdirəcək. 

"Report" "Cuatro"ya istinadən xəbər verir ki, 37 yaşlı təcrübəli hücumçu azad agent kimi Yaponiyanın "Vissel Kobe" komandasına keçəcək. Onun müqaviləsinin şərtləri açıqlanmır. 

Qeyd edək ki, David Vilya hazırda ABŞ-ın "Nyu-York Siti" klubunda çıxış edir. O, müqaviləsi başa çatdığı üçün ilin sonunda komandadan ayrılacaq. "Vissel Kobe"də "Barselona"nın digər sabiq oyunçusu Andrey İnyesta da çıxış edir. Hər iki oyunçu İspaniya millisinin heyətində 2008-ci ildə Avropa, 2010-cu ildə isə dünya çempionu olub. 

Son xəbərlər

Orphus sistemi