"Sumqayıt" "Şaxtyor"a rəqib olub

"Sumqayıt" "Şaxtyor"a rəqib olub Yanvarın 12-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə gedəcək Sumqayıt klubunun yoxlama görüşlərindəki son rəqibi müəyyənləşib.
Futbol
10 yanvar 2020 06:58
Sumqayıt Şaxtyora rəqib olub

Yanvarın 12-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə gedəcək "Sumqayıt" klubunun yoxlama görüşlərindəki son rəqibi müəyyənləşib.

"Report"un məlumatına görə, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Qazaxıstanın "Şaxtyor" (Karaqanda) kollektivi ilə qarşılaşacaq. "Sumqayıt" bu oyunun ertəsi günü Vətənə qayıdacaq.

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi bu oyuna qədər Macarıstanın "Kaposvar" (14 yanvar), Rumıniyanın "Politexnika İaşi" (17 yanvar) və Polşanın "Arka" (21 yanvar) klubları ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi