Yamaykalı hücumçu: "Agentim Azərbaycan klubu ilə danışıqları davam etdirir"

Yamaykalı hücumçu: "Agentim Azərbaycan klubu ilə danışıqları davam etdirir" "Hər şeyin yoluna düşməsini gözləyirəm, xaricdə oynamaq həmişə mənim xəyalımdır"
Futbol
398
23 Sentyabr , 2020 09:08
Yamaykalı hücumçu: Agentim Azərbaycan klubu ilə danışıqları davam etdirir

"Planım ölkə xaricinə qayıtmaq və yenidən ən yüksək səviyyədə oynamaqdır. Hazırda transfer üçün hədəflədiyim ölkələr Türkiyə, İran və Azərbaycandır. Agentim bu ölkələrin bir neçə klubu ilə danışıqları davam etdirir".

"Report"un məlumatına görə, bu fikirləri hazırda Yamaykanın "Humble Lions" klubunda çıxış edən "Keşlə"nin sabiq futbolçusu Andre Klennon "Jamaica-star" nəşrinə açıqlamasında deyib. 

31 yaşlı hücumçu yenidən ölkə xaricində çıxış etməyə yaxın olduğunu, lakin koronavirus pandemiyası səbəbindən keçidin baş tutmadığını söyləyib: "Hər şeyin yoluna düşməsini gözləyirəm, xaricdə oynamaq həmişə mənim xəyalımdır. Hansı kluba keçsəm, hazır olmaq və formada qalmaq üçün çalışıram". 

Qeyd edək ki, Andre Klennon "Keşlə"də 2018/2019 mövsümündə oynayıb. O, 26 oyuna 4 qol vurub. 

Son xəbərlər

Orphus sistemi