XXI əsrdə ən çox oyun keçirən futbolçular - SİYAHI

XXI əsrdə ən çox oyun keçirən futbolçular - SİYAHI İlk pillədə 1047 oyunla Kriştianu Ronaldu qərarlaşıb
Futbol
143
22 Fevral , 2021 10:51
XXI əsrdə ən çox oyun keçirən futbolçular - SİYAHI
Kriştianu Ronaldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox meydana çıxan futbolçuların adlarını açıqlayıb.

"Report" xəbər verir ki, siyahının ilk pilləsində 1047 oyunla Portuqaliya millisinin və İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu qərarlaşıb.

36 yaşlı forvard XXI əsrdə mindən çox matça çıxan yeganə oyunçudur.

İkinci pillədə İspaniya yığmasının və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyas (974 oyun) yer alıb. Braziliyanın "San-Paulu" klubunda oynayan Daniel Alves (969 oyun) üçüncü olub.

"Barselona"nın və İspaniya seçməsinin keçmiş yarımmüdafiəçisi Xavi Ernandes (937 oyun) dördüncü, Yaponiya yığmasının sabiq üzvü Yasuhito Endo (909 oyun) 5-ci, İtaliya "Milan"ında çıxış edən Zlatan İbrahimoviç (907 oyun) isə altıncı yerlə kifayətlənib.

Braziliyalı əfsanəvi qapıçı Rojerio Seni (904 oyun) yeddinci, Argentina yığmasının və "Barselona"nın ulduz futbolçusu Lionel Messi (902 oyun) isə səkkizincidir.

Qeyd edək ki, XXI əsrdə yalnız 8 futbolçu 900-dən çox oyuna çıxıb.

Son xəbərlər

Orphus sistemi