Xristo Stoiçkov UEFA-nı Bolqarıstan klublarını avrokuboklardan kənarlaşdırmağa səsləyib - VİDEO

Xristo Stoiçkov UEFA-nı Bolqarıstan klublarını avrokuboklardan kənarlaşdırmağa səsləyib - VİDEO Bolqarıstan millisinin sabiq futbolçusu Xristo Stoiçkov UEFA-nı ölkəsinin klublarını avrokuboklardan kənarlaşdırmağa səsləyib.
Futbol
17 Oktyabr , 2019 16:24
Xristo Stoiçkov UEFA-nı Bolqarıstan klublarını avrokuboklardan kənarlaşdırmağa səsləyib - VİDEO

Bolqarıstan millisinin sabiq futbolçusu Xristo Stoiçkov UEFA-nı ölkəsinin klublarını avrokuboklardan kənarlaşdırmağa səsləyib.

“Report” xəbər verir ki, 53 yaşlı veteran hücumçu “L’Equipe” nəşrinə açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Bolqarıstanın evdə İngiltərəyə 0:6 hesabı ilə uduzduğu matçda yerli azarkeşlərin irqçi davranışlarından xəcalət çəkdiyini bildirib.

Onun sözlərinə görə, stadionları bağlamaq, azarkeşsiz oynamaq lazımdır: “Bəlkə də, daha ciddi cəza verilməsinin vaxtı gəldi. İngiltərə bundan keçib. Bolqarıstan klublarını 5 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırmaq lazımdır. Bu, hamının sakitləşməsinə kömək edərdi”.

Stoiçkov ABŞ-ın TUDN telekanalının efirində isə bolqarıstanlı azarkeşlərin irqçilik davranışlarını şərh edərkən ağlayıb.

Son xəbərlər

Orphus sistemi