Xorvatiyanın xanım prezidenti milli komandanı paltardəyişmə otağında təbrik edib

Xorvatiyanın xanım prezidenti milli komandanı paltardəyişmə otağında təbrik edib Bakı. 2 iyul. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatının 1/8 final matçında Danimarka üzərində qələbədən sonra Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Nijni Novqorod stadionunun tribunasından paltardəyişmə otağına enib.
Futbol
2 İyul , 2018 12:26
Xorvatiyanın xanım prezidenti milli komandanı paltardəyişmə otağında təbrik edib
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatının 1/8 final matçında Danimarka üzərində qələbədən sonra Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç "Nijni Novqorod" stadionunun tribunasından paltardəyişmə otağına enib.

"Report"un məlumatına görə, ölkə başçısı hamını şəxsən təbrik edib. O, baş məşqçi Zlatko Daliç, kapitan Luka Modriç və digər futbolçuları qucaqlayıb. Qrabar-Kitaroviç Daliçin dünya çempionatına yollanmazdan öncə ona hədiyyə etdiyi Xorvatiya millisinin formasında olub.

Qeyd edək ki, Danimarkaya qarşı görüşün əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1. Əlavə vaxtda qol vurulmadığından, penaltilər seriyasına müraciət olunub. Bu zaman Xorvatiya daha dəqiq olaraq, 3:2 hesablı qələbə ilə mərhələ adlayıb. Onların 1/4 finalda rəqibi Rusiya olacaq. 

Son xəbərlər

Orphus sistemi