Xorvatiyalı qapıçı: "Bakıda maraqlı insanlarla tanış oldum"

Xorvatiyalı qapıçı: "Bakıda maraqlı insanlarla tanış oldum" Çempionlar Liqası və Avropa Liqasında oynamaq üçün “Qarabağ”a keçdim. İndi keçmişə baxanda düşünürəm ki, Avropada qalsaydım, daha yaxşı olardı. Çünki oradan ayrıldıqdan sonra əvvəlki səviyyəyə qayıtmağın çətin olduğunu gördüm.
Futbol
18 May , 2020 09:01
Xorvatiyalı qapıçı: Bakıda maraqlı insanlarla tanış oldum

"Çempionlar Liqası və Avropa Liqasında oynamaq üçün “Qarabağ”a keçdim. İndi keçmişə baxanda düşünürəm ki, Avropada qalsaydım, daha yaxşı olardı. Çünki oradan ayrıldıqdan sonra əvvəlki səviyyəyə qayıtmağın çətin olduğunu gördüm".

"Report"un məlumatına görə, bunu hazırda Almaniyanın "Valdhof" klubunda çıxış edən qapıçı Miro Varvodiç "Fenix-magazin.de" saytına müsahibəsində deyib. 

31 yaşlı oyunçu Bakıda maraqlı insanlarla tanış olduğunu və özünə dostlar qazandığını bildirib. Varvodiçin fikrincə, Azərbaycanda həyat Avropadakından fərqlidir: "Böyük liqalarda oynayanda xəyalınızı gerçəkləşdirirsiniz. Bu hissləri izah etmək çətindir. Oynayırsınız, məşq edirsiniz və səyahət edib zövq alırsınız. Mənə futbolla bağlı hər şey zövq verir".

Xorvatiyalı qapıçı ilk klubu "Hayduk"un onun üçün  xüsusi olduğunu və belə də qalacağını söyləyib: "Digər tərəfdən "Qarabağ" və "Köln" kimi klubların yaxşı şəraiti var. O komandalara keçəndə heç nə ilə maraqlanmaq lazım deyil, sadəcə futbolu düşünmək kifayətdir". 

Qeyd edək ki, Miro Varvodiç 2012 - 2014-cü illərdə "Qarabağ"ın formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi