Rövnəq Abdullayev: "Futbolçular yaxşı oynadılar, çalışdılar"

Rövnəq Abdullayev: "Futbolçular yaxşı oynadılar, çalışdılar" AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin Xorvatiya oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb
Futbol
3 Sentyabr , 2015 23:32
Rövnəq Abdullayev: Futbolçular yaxşı oynadılar, çalışdılar

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Futbolçular yaxşı oynadılar, çalışdılar. Zarafat deyil, Xorvatiya Avropanın ikinci güclü komandasıdır. Mən deyərdim ki, Avropanın ən güclü futbolçuları oynayırdı və rəqiblə eyni gücdə, eyni səviyyədə mübarizə aparmaq yaxşı nəticədir". "Report"un məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev "Avro-2016"nın seçmə mərhələsində millimizin Xorvatiya ilə 0-0 bərabərə qaldığı matçdan sonra deyib.

O, qarşılaşmadan sonra futbolçularla görüşdüyünü və onları təbrik etdiyini söyləyib:

"Onları təriflədim. Belə davam etsinlər!"

R.Abdullayev futbolçularla dünənki görüşündən də danışıb: "Futbolçulara söylədim ki, keçən dəfə həyatımda birinci dəfə ilk hissədən sonra stadionu tərk etdim, dözə bilmədim. Onlara dedim, elə etsinlər ki, bunun əvəzini çıxsınlar və bacardılar. Xorvatiya çox arxayın gəlmişdi".

Son xəbərlər

Orphus sistemi