Xorvatiya - Azərbaycan oyununa həsr olunmuş buraxılışda Anatoli Banişevski xatırlanıb - FOTO

Xorvatiya - Azərbaycan oyununa həsr olunmuş buraxılışda Anatoli Banişevski xatırlanıb - FOTO Xorvatiya milli komandasının kapitanı Luka Modriç FIFA tərəfindən 2018-ci ilin ən yaxşı futbolçusu seçilərkən ən çox xalı Azərbaycandan alıb.
Futbol
22 Mart , 2019 01:02
Xorvatiya - Azərbaycan oyununa həsr olunmuş buraxılışda Anatoli Banişevski xatırlanıb - FOTO

Xorvatiya milli komandasının kapitanı Luka Modriç FIFA tərəfindən 2018-ci ilin ən yaxşı futbolçusu seçilərkən ən çox xalı Azərbaycandan alıb.

"Report"un məlumatına görə, bu barədə Xorvatiya və Azərbaycan yığmaları arasındakı AVRO-2020-nin seçmə qrup matçına həsr olunmuş xüsusi buraxılışda bildirilir. Jurnalda iki ölkənin futbol sahəsində bağlılığı barədə faktlar arasında digər maraqlı məqamlara da yer ayrılıb.

Bildirilir ki, Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevski 1972-ci il Avropa çempionatının 1/4 final mərhələsində SSRİ millisinin Yuqoslaviyanı 3:0 hesabı ilə yendiyi görüşdə qollardan birini vurub.

Xorvatiya və Azərbaycan millilərinin baş məşqçiləri Zlatko Daliçlə Nikola Yurçeviç əvvəllər də baş məşqçi kimi üz-üzə gəliblər. Bu, 2005-ci ilin sentyabrına təsadüf edib. Həmin vaxt Daliç Xorvatiya I Divizionunda "Varteks"in, Yurçeviç isə "Slaven Belupo"nun sükanı arxasında olub. Görüş isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hazırda "Səbail" klubunda çıxış edən Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov 2015-ci ildə Xorvatiya "Hayduk"unun heyətində 3 matça çıxıb, "Qarabağ"da forma geyinən Filip Ozobiç isə Xorvatiya millisində 2017-ci ildə 3 görüşün iştirakçısı olub.

Yurçeviçin yığmadakı köməkçisi Arif Əsədov SSRİ millisində 1987-ci ildə 16 yaşadək futbolçular arasında dünya çempionu, 18 yaşadək futbolçular arasında isə 1988-ci ildə Avropa çempionu olub.

Nəhayət, mərhum azərbaycanlı referi 1977-ci ildə Zaqrebdə "Dinamo"nun İtaliya "Torino"sunu 1:0 hesabı ilə yendiyi UEFA Kubokunun II mərhələsinin oyununu idarə edib. 

Son xəbərlər

Orphus sistemi