Xorvatiyada videotəkrar sistemindən istifadə olunacaq

Xorvatiyada videotəkrar sistemindən istifadə olunacaq Bakı. 27 fevral. REPORT.AZ/ Futbol üzrə Xorvatiya çempionatında videotəkrar (VAR) sistemindən istifadə olunacaq.
Futbol
27 Fevral , 2019 10:11
Xorvatiyada videotəkrar sistemindən istifadə olunacaq

Bakı. 27 fevral. REPORT.AZ/ Futbol üzrə Xorvatiya çempionatında videotəkrar (VAR) sistemindən istifadə olunacaq.

“Report” Xorvatiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar qurumun Zaqrebdə keçirilmiş İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Yenilik 2019/2020 mövsümün ikinci yarısından tətbiq olunacaq.

Yerli b92.net saytının məlumatına görə, VAR sistemi üçün xərc 1,5 milyon avro təşkil edəcək. Məbləğin 80 faizini FIFA qarşılayacaq.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu Xorvatiya yığmasına qarşı keçirəcək. Martın 21-də aqrebdəki “Maksimir” stadionunda təşkil olunacaq E qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi