Xorvatiya - Rusiya matçından öncə insident baş verib

Xorvatiya - Rusiya matçından öncə insident baş verib Splitdə Xorvatiya və Rusiya yığmaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə insident baş verib.
Futbol
558
14 Noyabr , 2021 16:30
Xorvatiya - Rusiya matçından öncə insident baş verib

Splitdə Xorvatiya və Rusiya yığmaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə insident baş verib.

"Report"un "Sport-express" nəşrinə istinadən məlumatına görə, yerli polislər qonaq komandanın azarkeşlərinin olduğu barı mühasirəyə alıblar. Əyləncə məkanına giriş-çıxışa icazə verilmir.

Bu addımın hansı səbəbdən atıldığı hələlik məlum deyil.

Qeyd edək ki, Xorvatiya - Rusiya matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi