Xorvatiya millisinin baş məşqçisi: Biz hələ də varıq, davam edirik

Xorvatiya millisinin baş məşqçisi: Biz hələ də varıq, davam edirik Biz hələ də varıq, davam edirik.
Futbol
19 İyun , 2024 21:08
Xorvatiya millisinin baş məşqçisi: Biz hələ də varıq, davam edirik

Biz hələ də varıq, davam edirik.

"Report" xəbər verir ki, bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Albaniyaya qarşı AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçdiyini söyləyib: "İki fərqli hissədən ibarət çətin oyun keçdi. Hesabda 2:1 önə keçməyimiz asan olmadı. Bununla belə, qələbə hesabını qoruya bilmədik. Biz hələ də varıq, davam edirik. Hər şey öz əlimizdədir. İspaniya ilə oyunumuz çox pis alınmışdı. Albaniya ilə matçda daha yaxşı görünürdük".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün B qrupunun matçında Xorvatiya Albaniya yığması ilə heç-heçə edib - 2:2.

Son xəbərlər

Orphus sistemi