Xilasedicilər itkin düşən futbolçunun axtarışlarını bərpa ediblər

Xilasedicilər itkin düşən futbolçunun axtarışlarını bərpa ediblər Bakı. 24 yanvar. REPORT.AZ/ Xilasedicilər İngiltərənin Kardiff Siti” klubunun yeni futbolçusu Emiliano Salanın da yer aldığı təyyarənin axtarışlarına davam etməyə qərar veriblər.
Futbol
24 yanvar 2019 10:27
Xilasedicilər itkin düşən futbolçunun axtarışlarını bərpa ediblər

Bakı. 24 yanvar. REPORT.AZ/ Xilasedicilər İngiltərənin "Kardiff Siti” klubunun yeni futbolçusu Emiliano Salanın da yer aldığı təyyarənin axtarışlarına davam etməyə qərar veriblər.

"Report" xəbər verir ki, onlar bəzi qalıqlar tapıb, lakin bunun oyunçunun yer aldığı təyyarəyə aid olub-olmadığını müəyyənləşdirməyiblər. Xilasedicilər bu gün sahil axtarışlarına yönəldiləcəklər.

Qeyd edək ki, Fransanın “Nant” klubundan “Kardiff Siti”yə keçən Emiliano Sala yanvarın 22-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radardan itib. 

Son xəbərlər

Orphus sistemi