"Xəzər Lənkəran" Mərkəzi Stadionu su altında qalıb - FOTO

"Xəzər Lənkəran" Mərkəzi Stadionu su altında qalıb - FOTO Sel əsas meydançaya doğru irəliləyir
Futbol
151
30 Oktyabr , 2015 11:41
Xəzər Lənkəran Mərkəzi Stadionu su altında qalıb - FOTO

Bakı. 30 oktyabr. REPORT.AZ/ Ötən gecədən başlayaraq, yağmağa başlayan aramsız yağışlar Lənkərançayda suyun səviyyəsinin qalxmasına səbəb olub. "Report" xəbər verir ki, çayın daşması nəticəsində yaxınlıqdakı "Xəzər Lənkəran" Mərkəzi Stadionu su altında qalıb. 

Sular stadionun qapılarından meydançaya daxil olub. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Report"a açıqlamasında faktiki mühasirədə qaldıqlarını bildirib: "Artıq suyun səviyyəsi 35 sm qalxıb. Sel stadionumuzun inzibati binası qarşısına çatıb və əsas meydançamıza doğru hərəkət edir".

Mətbuat katibinin sözlərinə görə, qarşısıalınmaz vəziyyətə çatan sular stadionun inzibati binasının zirzəmisinə daxil olub. O, hazırda bütün qüvvələrini kluba məxsus sənədləri binadan çıxarmağa yönəltdiklərini bildirib. 

Son xəbərlər

Orphus sistemi