"Xəzər Lənkəran" klubunun tarixi ərzində ən yaxşı yerli, əcnəbi futbolçuları və simvolik komandası seçilib

"Xəzər Lənkəran" klubunun tarixi ərzində ən yaxşı yerli, əcnəbi futbolçuları və simvolik komandası seçilib İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuya elə respondentlərin sayı qədər - 33 KİV nümayəndəsi qatılıb
Futbol
26 Dekabr , 2014 09:43
Xəzər Lənkəran klubunun tarixi ərzində ən yaxşı yerli, əcnəbi futbolçuları və simvolik komandası seçilib

Bakı. 26 dekabr. REPORT.AZ/ İdman Araşdırmalar Mərkəzi (İAM) “Xəzər Lənkəran”la birgə klubun 10 illik yubileyinə həsr olunmuş daha bir layihəni yekunlaşdırıb. Bu dəfə İAM klubun tarixi ərzində ən yaxşı yerli futbolçusunu, legionerini və simvolik komandasını seçib.

Bu məqsədlə ölkəmizin aparıcı KİV-lərində çalışan idman jurnalistləri arasında sorğu keçirilib. Respondentlərə İAM-ın Ekspert və Qiymətləndirmə Qrupunun müəyyənləşdirdiyi 33 namizəd futbolçu arasından seçim aparmaları təklif edilib. Həmin oyunçulardan 3-ü qapıçı, hərəyə 12-si müdafiəçi və yarımmüdafiəçi, 6-sı isə hücumçu olub. Həmkarlarımız bu siyahıdan ən yaxşı yerli və əcnəbi futbolçunu, eləcə də 1-4-4-2 taktiki sxeminə uyğun olan oyunçuları seçiblər.

Nəticələr belə olub:

Simvolik komanda:

I. Qapıçı: Kamran Ağayev (32 səs)

II. Mərkəz müdafiəçiləri (2): Adrian Skarlatake (30), Elvin Begiri (13)

III. Sağ cinah müdafiəçisi: Füzuli Məmmədov (25)

IV. Sol cinah müdafiəçisi: Radomir Todorov (15)

V. Dayaq yarımmüdafiəçisi: Rahid Əmirquliyev (29)

VI. Mərkəz yarımmüdafiəçisi: Mario Souza (18)

VII. Sağ cinah yarımmüdafiəçisi: Julius Vobay (17)

VIII. Sol cinah yarımmüdafiəçisi: Adrian Pit 22)

IX. Hücumçular (2): Zaur Ramazanov (29), Oqtay Dərəlioğlu (14)

X. Ən yaxşı yerli futbolçu: Rahid Əmirquliyev (14)

XI. Ən yaxşı legioner: Oqtay Dərəlioğlu (11)

Qeyd edək ki, sorğuya elə namizədlərin sayı qədər - 33 respondent qatılıb. 

Son xəbərlər

Orphus sistemi