"Xəzər Lənkəran" klubu transferə çıxardığı qapıçısını qaytarır

"Xəzər Lənkəran" klubu transferə çıxardığı qapıçısını qaytarır Vyekoslav Tomiç yaxın günlərdə komandanın düşərgəsinə qatılacaq
Futbol
11 Noyabr , 2014 12:10
Xəzər Lənkəran klubu transferə çıxardığı qapıçısını qaytarır

Bakı. 11 noyabr. REPORT.AZ/ "Xəzər-Lənkəran" futbol klubu yayda transferə çıxardığı qapıçı Vyekoslav Tomişi qaytarmağı qərara alıb. "Report"un əldə etdiyi məlumata görə, buna komandanın təcrübəli qolkiperi Cahangir Həsənzadənin zədələnməsi səbəb olub. 

Üçüncü qapıçı Tərlan Qasımzadənin hələ gənc olması üzündən, "çərçivə" yalnız Orxan Sadıqlının ümidinə qalıb. Rəhbərlik çıxış yolunu Tomiçi geri qaytarmaqda görüb. O, yaxın müddətdə "ağ-yaşıllar"ın düşərgəsinə qoşularaq, məşqləri bərpa edəcək. 31 yaşlı qapıçının Azərbaycan Premyer Liqasında XII turun "İnter" klubu ilə səfər matçının sifariş ərizəsinə daxil ediləcəyi gözlənilir. Bu görüş noyabrın 20-də olacaq. 

Qeyd edək ki, Vyekoslav Tomiç "Xəzər-Lənkəran"la yanvarın 13-də 1 illik müqavilə bağlayıb. Bu isə Tomiçin mövsümün ilk yarısının sonunadək meydana çıxa biləcəyi anlamına gəlir.  

Son xəbərlər

Orphus sistemi