"Xəzər Lənkəran"ın rəqibləri müəyyənləşib

"Xəzər Lənkəran"ın rəqibləri müəyyənləşib Onların arasında "Kasımpaşa" da var
Futbol
10 İyul , 2015 17:06
Xəzər Lənkəranın rəqibləri müəyyənləşib

Bakı. 10 iyul. REPORT.AZ/ Türkiyənin Kapadokya bölgəsində yay təlim məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” komandası ilk yoxlama oyununu iyulun 11-də keçirəcək. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-yaşıllar" Türkiyə 3-cü liqa təmsilçisi “Niğdespor”la qarşılaşacaq.

Görüş Azərbaycan təmsilçisinin məskunlaşdığı otelin məşq meydanında Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.

İyulun 13-də isə "Xəzər Lənkəran" Superliqa təmsilçisi "Kasımpaşa" ilə gücünü sınayacaq. Bu matç da eyni məkanda keçiriləcək və Bakı vaxtı ilə saat 19.30-da start götürəcək.  

Son xəbərlər

Orphus sistemi