​"Xəzər Lənkəran"da baxışda olan futbolçuların taleyinə sabah aydınlıq gələcək

​"Xəzər Lənkəran"da baxışda olan futbolçuların taleyinə sabah aydınlıq gələcək Türkiyədə toplanışda olan Azərbaycan klubu ilk yoxlama matçını "Kayseri Ərciyəsspor" klubunun ikinci komandasına qarşı keçirəcək
Futbol
7 İyul , 2015 14:13
​Xəzər Lənkəranda baxışda olan futbolçuların taleyinə sabah aydınlıq gələcək

Bakı. 7 iyul. REPORT.AZ/ Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışı keçən "Xəzər Lənkəran" klubunun düşərgəsində olan 4 yeni futbolçunun taleyinə iyulun 8-də aydınlıq gələcək. Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

O bildirib ki, Azərbaycan Premyer Liqasının son mövsümündə "Simurq"un qapısını qoruyan Pavel Kapsa, bir vaxtlar "Xəzər Lənkəran"ın formasını geyinmiş braziliyalı Dieqo Souza, onun həmyerlisi Rafael Karletti və xorvatiyalı Ante Mitroviçin komandada qalıb-qalmayacağına yoxlama görüşündən sonra qərar veriləcək.

"Ağ-yaşıllar" sabah Bakı vaxtı ilə saat 20:00-da Türkiyənin "Kayseri Ərciyəsspor" klubunun ikinci komandası ilə qarşılaşacaq. Klub rəsmisinin sözlərinə görə, baş məşqçi Yunis Hüseynov oyundan sonra baxışda olan futbolçularla bağlı qərarını bildirəcək.

Qeyd edək ki, "Xəzər Lənkəran" iyunun 28-dən Türkiyə toplanışına start verib.

Son xəbərlər

Orphus sistemi