"Xəzər Lənkəran"ın sabiq futbolçusu Rumıniyanın III Liqasında oynayacaq

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Rumıniyanın III Liqasında oynayacaq Adrian Pit ilk komandasına qayıdıb
Futbol
28 Fevral , 2015 10:09
Xəzər Lənkəranın sabiq futbolçusu Rumıniyanın III Liqasında oynayacaq

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın "Xəzər Lənkəran" klubunun sabiq futbolçusu Adrian Pit özünə yeni komanda tapıb. Bu barədə "Report"a rumıniyalı müdafiəçinin özü məlumat verib. 

32 yaşlı oyunçu ilk komandası UTA ilə müqavilə bağladığını açıqlayıb. Pit doğma şəhərinin klubuna qayıtmaqdan məmnun olduğunu bildirib. Baxmayaraq ki, Arad şəhərini təmsil edən komanda Rumıniya çempionatının III Liqasında çıxış edir. 

Qeyd edək ki, Adrian Pit "Xəzər Lənkəran"a 2011-ci ildə transfer olunub. O, 2013-cü il iyulun 25-də "ağ-yaşıllar"ın İsrailin "Makkabi" (Hayfa) komandası ilə keçirdiyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə 0:8 hesablı məğlubiyyətdən sonra transferə çıxarılıb. Bundan sonra uzun müddət klubsuz qalan Pit 2014-cü ilin yayında Rumıniya "Vitorul"una keçib. 

Son xəbərlər

Orphus sistemi