Xavi: "Qalatasaray" çox yaxşı oynadı"

Xavi: "Qalatasaray" çox yaxşı oynadı" "İstədiyimiz nəticəni qazana bilmədik, rəqib çox yaxşı oynadı".
Futbol
202
11 Mart , 2022 10:38
Xavi: Qalatasaray çox yaxşı oynadı

"İstədiyimiz nəticəni qazana bilmədik, rəqib çox yaxşı oynadı".

"Report"un məlumatına görə, bunu İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi Ernandes evdə Türkiyə "Qalatasaray"ı ilə qolsuz heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra deyib.

42 yaşlı mütəxəssis birinci hissədə daha yaxşı təsir bağışladıqlarını bildirib: "Möhtəşəm müdafiə və rəqib qapıçı İnyaki Penya bizə mane oldu".

İstanbul təmsilçisinin baş məşqçisi Domenek Torren oyundan sonra ayaqüstü söhbət etdiyi Xavi ilə dost olduğunu xatırladıb: "Uzun illər birlikdə çalışmışıq. Bir-birimizlə futboldan danışmadıq. Qucaqlaşaraq görüşü bitirdik".

O, komandasından razılığını da dilə gətirib: "Fiziki cəhətdən yaxşı idik. Fitnes məşqçilərimizi təbrik etməliyik. Özümüzü çox inkişaf etdirmişik. Futbolçuların fiziki durumlarından çox razıyıq".

Torren qarşılaşmadan sonra Türkiyəyə qayıtmayacaqlarını və Barselonada məşq edəcəklərini sözlərinə əlavə edib. O, hazırda komandası üçün ən önəmli oyunun İspaniya klubu ilə cavab görüşü deyil, martın 14-də Superliqada "Beşiktaş"a qarşı keçirəcəkləri XXIX tur matçının olduğunu əlavə edib.

Qeyd edək ki, "Qalatasaray" və "Barselona" arasında cavab görüşü martın 17-də olacaq.

Son xəbərlər

Orphus sistemi