Xavi mövsümün baş məşqçisi seçildi

Xavi mövsümün baş məşqçisi seçildi Qətərin "Əl-Sədd" klubuna rəhbərlik edən Xavi ötən mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.
Futbol
281
9 İyul , 2021 11:01
Xavi mövsümün baş məşqçisi seçildi
Xavi Hernandes

Qətərin "Əl-Sədd" klubuna rəhbərlik edən Xavi ötən mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.

"Report" xəbər verir ki, komandasını məğlubiyyətsiz çempion edən ispaniyalı mütəxəssis ölkə kubokuna da sahib çıxıb.

"Əl-Sədd"in yarımmüdafiəçisi Santi Kasorla isə mövsümün futbolçusu seçilib. İspaniyalı oyunçu meydana çıxdığı 20 görüşdə 13 qol vurub və 11 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Xavi 2019-cu ildən "Əl-Sədd"in sükanı arxasındadır. Onun 2023-cü ilədək müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi