Xaqani Məmmədov: "Məndən söz almaq istəyirsiniz?"

Xaqani Məmmədov: "Məndən söz almaq istəyirsiniz?" "Növbəti turdan sonra danışarıq"
Futbol
15 Fevral , 2016 13:16
Xaqani Məmmədov: Məndən söz almaq istəyirsiniz?

Bakı. 15 fevral. REPORT.AZ/ AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının son iki turunda eyni referilərin yer almasına münasibət bildirib. X.Məmmədov "Report"a açıqlamasında belə təyinatların normal olduğunu deyib.

Onun sözlərinə görə, hər hansı baş hakim ardıcıl bir neçə turun oyunlarına təyinat ala və ya almaya bilər: "Burada nə var ki? Harada yazılıb ki, bir hakim hər tur təyinat almamalıdır? Belə məsləhət oldu. Mən başqa heç nə deyə bilmərəm. Növbəti turdan sonra danışarıq".

Komitə sədri Fariz Yusifov, Əliyar Ağayevin ardıcıl 2, Orxan Məmmədovun isə 3 tura təyinat almamaları ilə bağlı danışmaq istəməyib: "Cəzalanıblar? Hər şey ola bilər. Məndən söz almaq istəyirsiniz?"

Qeyd edək ki, Premyer Liqanın XX və XXI turlarının oyunlarını eyni referilər idarə edib.

Son xəbərlər

Orphus sistemi