Xama Billiatın agenti "Qarabağ"dan təklif aldıqlarını söyləyib

Xama Billiatın agenti "Qarabağ"dan təklif aldıqlarını söyləyib Bakı. 1 may. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) Mamelodi Sandaunz klubunun futbolçusu Xama Billiatın agenti Maykl Nqobeni futbolçuya Qarabağdan da təklif olduğunu bir daha vurğulayıb.
Futbol
1 May , 2018 18:34
Xama Billiatın agenti Qarabağdan təklif aldıqlarını söyləyib

Bakı. 1 may. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sandaunz" klubunun futbolçusu Xama Billiatın agenti Maykl Nqobeni futbolçuya "Qarabağ"dan da təklif olduğunu bir daha vurğulayıb. 

"Report"un məlumatına görə, o, 28 yaşlı hücumçunun bir sıra komandaların gündəmində olduğunu deyib: "Xamaya Belçika, Səudiyyə Ərəbistan, Çin, ABŞ və Azərbaycanın "Qarabağ" klubundan təkliflər var. Biz heç bir komanda ilə ilkin müqavilə bağlamamışıq. Hələlik qəti qərar qəbul etmək və tələsmək istəmirik". 

M.Nqobeni X.Billiatın hazırkı klubundan gedəcəyini və karyerasını ölkə xaricində davam etdirəcəyini vurğulayıb: "Xama öz oyununu inkişaf etdirmək niyyətindədir. O, Cənubi Afrika Respublikasında mükafatlar qazanıb. Klubu ilə heç bir problemi yoxdur". 

Son xəbərlər

Orphus sistemi