Vüsal İsgəndərli: "Bütün əsgərlər üçün hərbi salam verdim"

Vüsal İsgəndərli: "Bütün əsgərlər üçün hərbi salam verdim" Bu gün hamı bilir ki, “Qarabağ” digər klublardan üstündür. Futbolçularının keyfiyyəti, tutduqları yer bunu göstərir. Bu baxımdan hamı “Qarabağ”dan səviyyə fərqinə görə geridədir. Digər klublar isə eyni səviyyədədir. Yeddi klub Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparır.
Futbol
19 Oktyabr , 2019 23:11
Vüsal İsgəndərli: Bütün əsgərlər üçün hərbi salam verdim

"Bu gün hamı bilir ki, “Qarabağ” digər klublardan üstündür. Futbolçularının keyfiyyəti, tutduqları yer bunu göstərir. Bu baxımdan hamı “Qarabağ”dan səviyyə fərqinə görə geridədir. Digər klublar isə eyni səviyyədədir. Yeddi klub Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparır".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra deyib. Komandasının qolunu vuran 24 yaşlı futbolçu verdiyi əsgər salamından da danışıb:

- Qələbə hesabını sona qədər qoruya bilməməyiniz nədən qaynaqlandı?

- Oyunun çətin keçəcəyini bilirdik. Qismət belə imiş, növbəti matçlarda qalib gələrik. Bir xal da pis nəticə sayılmamalıdır. “Qəbələ” ilə oyuna ciddi hazırlaşıb, üç xal qazanmalıyıq.

- Vurduğunuz qoldan sonra əsgər salamı verdiniz. Bunu Türkiyə ordusuna dəstək üçün etdiniz?

- Biz Azərbaycan türküyük. Türkiyə ordusu hazırda əməliyyatdadır. Həm onlara görə belə etdim, həm də öz əsgərlərimiz üçün, onlar cəbhə xəttində bizi qoruyurlar. Onları da düşündüm və yaxın dostum əsgərdir. Bütün əsgərlər üçün hərbi salam verdim. Allah hamısını qorusun!

- Çoxlu qol şansını qaçırdınız. Bir xala razı olmağınız qəribə gəlir...

- Oyunu analiz etməyə vaxtımız olacaq. Bizm də, “Sabah”ın da epizodları var idi. Bir az ustalığı artırsaydıq, ikincini vura bilərdik. Ruslan Qurbanovla Sezar Meza Kollinin zədəsi var idi. Həftə ərzində qrip ola-ola məşq eləmişəm. Bu gün oynamaq mənim üçün də ağır idi. Bir xal da pis deyil. Son saniyələrdə qol buraxmağımız üzücü gəlir.

- Növbəti rəqibiniz “Qəbələ” bu gün “Qarabağ”ı büdrətdi...

- “Qəbələ” mübariz komandadır. Narahat deyilik. Öz oyunumuzu göstərib, 3 xal qazanmağa çalışacağıq.

Son xəbərlər

Orphus sistemi