“Sumqayıt”ın kapitanı: “Ani diqqətsizlikdən qol buraxdıq”

“Sumqayıt”ın kapitanı: “Ani diqqətsizlikdən qol buraxdıq” Qəbələ. 4 fevral. REPORT.AZ/ “Qəbələ səfərinin çətin olduğunu bilirdik. Ciddi hazırlaşmışdıq, bizə xal lazım idi”.
Futbol
4 Fevral , 2019 12:55
“Sumqayıt”ın kapitanı: “Ani diqqətsizlikdən qol buraxdıq”

Qəbələ. 4 fevral. REPORT.AZ/ “Qəbələ səfərinin çətin olduğunu bilirdik. Ciddi hazırlaşmışdıq, bizə xal lazım idi”.

Bunu “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov səfərdə “Qəbələ”yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur matçından sonra "Report"un Şirvan bürosuna açıqlamasında deyib. 31 yaşlı mərkəz müdafiəçisi qolu ani diqqətsizlikdən buraxdıqlarını bildirib: “İlk hissədə biz, ikinci yarıda rəqib üstün oynadı. Deyəcək bir söz yoxdur. Səhvlərimizi analiz edib qarşıdakı görüşlərə hazırlaşmalıyıq. Yaxşı kollektivimiz var, uğurlu nəticələr qabaqdadır. Qol buraxmışıqsa, hər birimizin səhvi var. Konkret kiminsə adını çəkmək istəməzdim. İlk hissədə qol şanslarımız vardı, istifadə edə bilmədik. Epizodların üzərində işləyib, səhvlərimizi düzəltməyə çalışacağıq”.

Qeyd edək ki, “Qəbələ” “Sumqayıt”ı 84-cü dəqiqədə Stiven Jozef-Monrozun qolu ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi