Əsgər salamı verən azərbaycanlı futbolçu Gürcüstanda "11-liy"ə düşdü

Əsgər salamı verən azərbaycanlı futbolçu Gürcüstanda "11-liy"ə düşdü Gürcüstanın "Samtrediya" klubunda çıxış edən azərbaycanlı futbolçu Nicat Qurbanov çempionatda VI turun rəmzi komandasına düşüb.
Futbol
1237
21 İyul , 2020 09:02
Əsgər salamı verən azərbaycanlı futbolçu Gürcüstanda 11-liyə düşdü
Nicat Qurbanov

"Samtredia" klubunda çıxış edən azərbaycanlı futbolçu Nicat Qurbanov Gürcüstan çempionatında VI turun rəmzi komandasına düşüb. 

"Report"un məlumatına görə, "live.ge" nəşri 28 yaşlı yarımmüdafiəçini "11-liy"ə hücumçu kimi daxil edib. 

Xatırladaq ki, Nicat Qurbanov VI turda "Merani" ilə görüşün 54-cü dəqiqəsində penaltidən fərqlənib və komandasına qələbə qazandıran qola imza atıb - 2:1. O, vurduğu qolu əsgər salamı ilə qeyd edib. Qurbanov bu qolu şəhidlərə və bütün əsgərlərə həsr etdiyini bildirib. "Samtredia" 6 turdan sonra 8 xalla 6-cı pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi