"Vulverhempton" baş məşqçisini istefaya göndərib

"Vulverhempton" baş məşqçisini istefaya göndərib İngiltərənin "Vulverhempton" futbol komandası baş məşqçi Bruno Lajeni istefaya göndərmək qərarına gəlib.
Futbol
3 Oktyabr , 2022 05:38
Vulverhempton baş məşqçisini istefaya göndərib

İngiltərənin "Vulverhempton" futbol komandası baş məşqçi Bruno Lajeni istefaya göndərmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

"Bruno və onun heyətinə klubda işləyərkən göstərdikləri bütün səylərə görə təşəkkür etmək istəyirik və onlara ən yaxşısını arzulayırıq", - “canavarlar”ın məlumatında deyilir.

Mövsümün əvvəlində “canavarlar” 8 matçda cəmi 1 qələbə qazanıb. Komanda 6 xal toplayıb və aşağı liqanı tərk etmək ərəfəsindədir.

“Volverhempton” bu yay heyətini gücləndirmək üçün 100 milyon funt-sterlinq xərcləyib.

Komanda Premyer Liqada növbəti matçını oktyabrın 8-də rəqib meydanında "Çelsi"yə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi