"Vulherhempton" Portuqaliya bayrağı rənglərində forma hazırladı

"Vulherhempton" Portuqaliya bayrağı rənglərində forma hazırladı İngiltərə "Vulverhempton"u 2020/2021 mövsümü üçün 3-cü geyim dəstini təqdim edib.
Futbol
558
18 Sentyabr , 2020 14:45
Vulherhempton Portuqaliya bayrağı rənglərində forma hazırladı

İngiltərə "Vulverhempton"u 2020/2021 mövsümü üçün üçüncü geyim dəstini təqdim edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, formaların üzərində Portuqaliya bayrağının rəngləri əks olunub.

Premyer Liqa təmsilçisinin heyətində hazırda sözügedən ölkənin 11 nümayəndəsi var. Baş məşqçi Nunu Eşpiritu Santu ilə yanaşı, oyunçular - Rui Patrisiu, Roderik Miranda, Ruben Vinaqre, Ruben Neveş, Joau Moutinyu, Vitinya, Diequ Jota, Daniel Podense, Pedru Netu, Fabiu Silva da bu komandanın uğurları üçün çalışırlar.

Qeyd edək ki, hazırda İsveçrənin "Qrasshopper" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da müqavilə ilə "Vulverhempton"a məxsusdur. 

Son xəbərlər

Orphus sistemi