"Vorskla" - "Qarabağ" matçında azarkeşlər arasında dava olub

"Vorskla" - "Qarabağ" matçında azarkeşlər arasında dava olub Poltava. 9 noyabr. REPORT.AZ/ Ukraynanın Poltava şəhərində Vorskla və Qarabağ komandaları arasında keçirilmiş Avropa Liqasının IV tur matçında daha bir insident baş verib.
Futbol
9 Noyabr , 2018 01:59
Vorskla - Qarabağ matçında azarkeşlər arasında dava olub

Poltava. 9 noyabr. REPORT.AZ/ Ukraynanın Poltava şəhərində "Vorskla" və "Qarabağ" komandaları arasında keçirilmiş Avropa Liqasının IV tur matçında daha bir insident baş verib.

"Report"un oyuna ezam olunmuş əməkdaşı xəbər verir ki, matçın uzatma dəqiqələrində meydan sahiblərinin azarkeşləri bir-biri ilə dalaşıb.

Araya girən stüardlar münaqişəni tezliklə aradan qaldırıblar. Polislər insident iştirakçılarını stadiondan kənarlaşdırıblar.

Görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi