"Vorskla"nın hücumçusu: "Səfərdə "Qarabağ"a qalib gəlməyimiz önəmlidir"

"Vorskla"nın hücumçusu: "Səfərdə "Qarabağ"a qalib gəlməyimiz önəmlidir" Bakı. 21 dekabr. REPORT.AZ/ Avropa Liqasında mümkün qədər irəli getmək istəyirdik. Amma rəqiblərin gücünü nəzərə aldıqda, qrupdan çıxmağa ümid etmək çətin idi.
Futbol
21 Dekabr , 2018 10:25
Vorsklanın hücumçusu: Səfərdə Qarabağa qalib gəlməyimiz önəmlidir

Bakı. 21 dekabr. REPORT.AZ/ "Avropa Liqasında mümkün qədər irəli getmək istəyirdik. Amma rəqiblərin gücünü nəzərə aldıqda, qrupdan çıxmağa ümid etmək çətin idi".

"Report" xəbər verir ki, bunu Ukrayna "Vorksla"sının futbolçusu Mixail Sergiyçuk sport.ua-ya müsahibəsində deyib. 27 yaşlı hücumçu komandasının qrup mərhələsindəki çıxışından danışıb: "İngiltərə "Arsenal"ı və Portuqaliya "Sportinq"inə qarşı oynamaq ikiqat xoş idi. Belə tanınmış komandalarla görüşlərdə özünü sınamaq və təcrübə toplamaq olar. "Qarabağ"a səfərdə qalib gəldik və Avroliqada ilk xallarımızı topladıq. Bu, önəmlidir".

Qeyd edək ki, "Vorskla" "Qarabağ"a Bakıda 1:0 hesabı ilə qalib gəlsə də, Poltavada eyni hesabla uduzub. Hər iki komanda E qrupunu 3 xalla 3-4-cü pillələrdə başa vurub. 

Son xəbərlər

Orphus sistemi