Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsümə start verilib

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsümə start verilib Voleybol üzrə Azərbaycan çempionatlarında 2021/2022 mövsümünə start verilib.
Futbol
469
17 Dekabr , 2021 20:30
Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsümə start verilib

Voleybol üzrə Azərbaycan çempionatlarında 2021/2022 mövsümünə start verilib.

"Report"un məlumatına görə, qadınlar arasında Super Liqanın ilk turunun açılış matçında "Murov" və "Abşeron" komandaları qarşılaşıb. Görüş qonaqların inamlı qələbəsi ilə yekunlaşıb.

Ardınca kişi voleybolçular arasında Yüksək Liqada mübarizə start götürüb. I turun ilk oyununda MOİK “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, hər iki qarşılaşma “Murov”un Biləcəridəki zalında baş tutub. Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejiminə uyğun olaraq oyunlar azarkeşsiz təşkil edilib.

Son xəbərlər

Orphus sistemi